Modern.az

Aslan İsmayılovun seçki qərargahından yeni xəbər var

Aslan İsmayılovun seçki qərargahından yeni xəbər var

2 Noyabr 2010, 15:48

20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd, vəkil Aslan Ziyəddin oğlu İsmayılovun Seçki Qərargahına hücum edən şəxslərin kimiliyi bəlli olub. Bu barədə Modern.az-a namizədin seçki qərargahından məlumat verilib.

Məlumata görə, artıq Nərimanov rayon Polis İdarəsi həmin əməli törədən şəxsləri müəyyənləşdirərək onların məsuliyyətə cəlb olunmaları barədə tədbirlər görüb və hal hazırda bu əməllərin arxasında duran şəxslərin kimliyi araşdırılır.

Xatırladaq ki, 29 oktyabr 2010-cu il tarixində Atatürk prospekti  29 ünvanında yerləşən seçki qərargahıma hücum çəkilib və Aslan İsmayılovun bütün təbliğat materialları məhv edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir