Modern.az

Jurnalistlər seçkidə səs verəcəklər, verməyəcəklər? (sorğu)

Jurnalistlər seçkidə səs verəcəklər, verməyəcəklər? (sorğu)

2 Noyabr 2010, 16:32


Bir neçə gündən sonra ölkə vətəndaşları əlində seçki bildirişləri məntəqələrə gedərək müstəqil Azərbaycanın 4-cü parlamentinin deputatlığa namizədlərinə səs verəcək. Səsvermə hüququ olan vətəndaşlar arasında təbii ki, jurnalistlər də var. Bəs Azərbaycan jurnalistləri noyabrın 7-də səsvermədə iştirak edəcəklərmi? Modern.az bununla bağlı jurnalistlərin fikirlərini öyrənib.

“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Nicat Göyüşlu: “Dairəmiz 107 saylı Qazax seçki dairəsidir, orada qeydiyyatdayam. Namizədləri də tanıyıram, Əhməd Vəliyev, Leyla Mustafayeva və digərləri... Çalışacağam seçki günü  səsvermədə iştrak edim”.

“Üç Nöqtə” qəzetinin əməkdaşı Qızılgül Abdinova: “Seçki dairəm 94 saylı Bərdə şəhər seçki dairəsidir. Deputatlığa namizədlərdən Zahid Orucu tanıyıram. Dairəmiz rayonda yerləşdiyi üçün seçki günü səsvermədə iştrak edə bilmərəm, çünki həmin gün mətbuat işləyəcək və bizim redaksiyamızda da həmin gün iş çox olacaq”

“Zaman-Azərbaycan” qəzetinin əməkdaşı Natiq Pənahlı: “Mən Xaçmaz rayonunda qeydiyyatdayam. Seçkilərdə iştrak etmədiyim üçün dairəmizin nömrəsini də dəqiq bilmirəm”

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Ruhiyyə Daşsalahlı: “Dairəmizi tanıyıram. 45 saylı Abşeron seçki dairəsidi. Bu dairə üzrə namizədliyini irəli sürmüş Arif Alışanovu və Əlövsət Əliyevi tanıyıram. Hər seçkidə olduğu kimi bu seçkidə də seçki günü səsvermədə iştrak edəcəyəm”

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Mən 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində qeydiyyatdayam. İşimlə əlaqadar olaraq seçki günü səsvermədə iştrak edə bilmərəm. Amma çox istərdim ki, iştrak edim”.

“Azadinform” İnformasiya Agentliyinin əməkdası Amid İsfəndiyarov: “Lənkəran şəhərində qeydiyyatdayam, amma dairəmizin nömrəsini dəqiq bilmirəm. İşimlə əlaqadar seçki günü səsvermədə iştrak edə bilmərəm”

Modern.az xəbər portalının əməkdaşı Xaqani Səfəroğlu: “74 saylı Lənkəran kənd seçki dairəsində qeydiyyatdayam, seçki dairəmdəki namizədlərin hamısını tanıyıram, biri Kommunist Partiyasının sədri, digəri kompyüter proqramçısıdır. Aralarında orta məktəb müəllimi də var. Onların içərisindəki ən tanınmışı hələ deputat olan Hadı Rəcəblidir. Seçki günü  səsvermədə iştrak edə bilmərəm, Bakı şəhərində olduğu üçün işimlə əlaqadar olaraq səsverməyə qatıla bilməyəcəyəm. Mərkəzi Seçki Komisiyasın seçici siyahısında adımı tapa bilmirəm və bir seçici kimi adımın siyahıda  olub -olmadığı barədə məsələ açıq qalıb”.

“525-ci qəzet”  və “1news” İnformasiya Agentliyinin əməkdaşı Kamil Həmzəoğlu: “Seçmək və seçilmək hüququ olan bir Azərbaycan vətəndaşı kimi çox istərdim ki, seçkilərdə, xüsusilə, səsvermə prosesində böyük ruh yüksəkliyi ilə iştrak edim .Ancaq çox təssüflər olsun ki, hamıya bəlli olan məqamlara görə, bu hüququmdan istifadə etməyə bir o qədərdə maraqlı və həvəsli deyiləm. Daha çox 2005-ci ilin parlament seçkilərindən sonra məndə bu hüquqmdan istifadə etmək həvəsim azalıb, özü də nəinki azalıb, heç bu haqda fikirləşmək belə istəmirəm. Ancaq yuxarıda qeyd etdiyim kimi çox istərdim ki, bir Azərbaycan vətəndaşı kimi konstitutsion hüququmu ürəklə reallaşdıra bilim. Bunun üçün  çox da böyük məsələlər tələb olunmur. Sadəcə, hamının öz konstitutsion hüququndan yararlanmasına əlverişli mühit və şərait yaratmaq lazımdır. Onu da qeyd edim ki, təhsilimlə, peşəmlə və ailə vəziyyətimlə əlaqadar olaraq 22 ilə yaxındır Bakıda - hazırda isə Abşeron rayonun Qobu qəsəbəsində yaşayıram. Lakin qeydiyyatla bağlı məlum maneələr üzundən hələ də doğulub, boya-başa çatdığım Goranboy rayonunun Qızılhacılı qəsəbəsində qeydiyyatdayam. Seçkilərdə səsvermə hüququmdan istifadə etməməyimin bir səbəbi də uzun yolu qət etmək məsələsidir. Bizim rayon belə demək mümkünsə, özündə iki seçki dairəsini-96 və 97-ci seçki dairələrini əhatə edir. Çox təssüflər olsun ki, müəyyən səbəblər üzundən ləyaqətinə, şəxsiyyətinə çox böyük hörmət və ehtiram bəslədiyim Gültəkin xanım Hacıbəyli bu dəfə Goranboydan  seçkilərə qatılmadı. Əgər o seçkilərə qatılsaydı,  bizim dairənin namizədi olmasa belə, ona səs verərdim. Ancaq bununla belə, öz qohumlarımı və yaxınlarımı jurnalist həmkarım dəyərli insan Aqil Aslana səsverməyə və onu dəstəkləməyə çağırıram”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Etibar Seyidağa: “Dairəmiz 123 saylı Kəlbəcər seçki dairəsidir. Dairəmizdəki namizədlərdən ikisinin adını tanıyıram, biri hazırki deputatımız Cavid Qurbanov, digəri isə 2005-ci ildə də namizədliyini irəli sürmuş İmamverdi Cəfərovdur. Eşitmişəm 5 nəfərə yaxın namizəd var. Ancaq o birilərin adlarını tanımıram. Çox güman ki, seçki günü səsvermədə iştrak edə bilmərəm. Bunun səbəbi seçki günü işimin çox olması ilə əlaqədardır. Ancaq buna baxmayaraq seçki məntəqəmiz Bakı şəhərində yerləşir, vaxt tapa bilsəm gedib səs verərəm”

“Bakı Xəbər” qəzetinin əməkdaşı Rüfət Sultan: “116 saylı Qəbələ seçki dairəsində qeydiyyatdayam. Iki nəfər namizədimizi tanıyıram, o birilər “əldəqayırma namizədlərdir”. Seçki günü səsvermədə iştrak edəcəm. Öz səsimi “AXCP-Musavat” blokundan olan namizədə  verəcəm. Qəbələdən hökmən qəbələli deputat seçilməlidi.  20 ildi Azərbaycan müstəqillik qazanıb. Qəbələdə hələki qəbələli deputat seçilməyib. Mən istəyirəm öz dairəmizdən qəbələli seçilsin və bizi  Milli Məclisdə qəbələli təmsil etsin”

“Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli: “Mən özüm rayondan qeydiyyatdan çıxmışam. Müvvəqəti olaraq Bakı şəhəri Binəqədi rayonunda qeydiyyatdayam, ancaq hansı dairədə olduğunu dəqiq bilmirəm, dairəmi bilmədiyim kimi, dairəmizdə hansı namizədlərin olduğunu da bilmirəm. Özüm isə seçki günü səsvermədə iştrak etməyəcəm. Mən bircə dəfə səsvermədə iştrak etmişəm. Bu seçkidə də iştrak etməməyimin səbəbi işimlə əlaqadar olaraq səsvermə günü başqa bir rayonda müşahidəçi qismində iştrak etməyimdi. Əminəm ki, builki seçki şəffaf və demokratik keçiriləcək”.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?