Modern.az

İŞİD-lə vuruşan qadın batalyonu – FOTOLAR

 İŞİD-lə vuruşan qadın batalyonu – FOTOLAR

Reportaj

21 Oktyabr 2015, 16:29
  Vətəndaş müharibəsinin illərlə davam etdiyi Suriyada qadınlar da kişilərlə bərabər hərbi əməliyyatlara cəlb olunublar.  

2013-cü ildə Bəşər Əsəd hökumət qoşunlarının tərkibində qadınlardan ibarət xüsusi batalyonların yaradılması barədə göstəriş verib.  

Yalnız rejimə sadiqliyi sübut olunan qadınlardan təşkil edilən belə batalyonlar daha çox Dəməşq və Deraa şəhərlərində asayişin qorunmasına cəlb olunsalar da, bəzi hallarda döyüş meydanında özlərini göstəriblər.  

Şəxsi heyəti 800-ə yaxın qasından ibarət olan batalyonlar “müdafiə şirləri” adlanır.    

Modern.az rusiyalı fotojurnalist Valeri Şarifulinin həmin batalyonların dislokasiya yerindən hazırladığı foto reportajı təqdim edir.

 

 Vüqar İsmayılov     


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür