Modern.az

Zahid Oruc Bərdənin daha 4 kəndində görüş keçirib

Zahid Oruc Bərdənin daha 4 kəndində görüş keçirib

Təhsil

2 Noyabr 2010, 18:17

93 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Zahid Oruc bu gün Bərdənin Nazırlı, Şatırlı, Qazaxlar kəndində görüş keçirib. Bu barədə Modern.az-a məlumatı Zahid Orucun seçki qərargahı verib.  

Görüşdə 400-dən yuxarı seçici iştrak edib. Çıxış edən seçicilər bildiriblər ki, Z.Oruc ötən beş il bir çox işlər görüb, onların bəzi problemlərinin həllinə köməyini əsirgəməyib.
”Biz 7 noyabr  parlament seçkilərində iştrak edəcəyik və hamımız yenidən Zahid Oruca səs verəcəyik”.

Zahid Oruc özü də çıxış edərək əziyyət çəkib onun görüşünə gələn seçicilərə minnətdarlıq edib.
“Sizin hamınızı 7 noyabrda seçkilərə gəlib ən layiqli namizədə səs verməyə çağırıram”-deyə deputatlığa namizəd bildirib.


Seşki qərargahı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür