Modern.az

6 azərbaycanlı NATO-nun mənzil qərargahına gedir...

6 azərbaycanlı NATO-nun mənzil qərargahına gedir...

2 Noyabr 2010, 18:41

Azərbaycanın 6 nəfərdən ibarət nümayəndə heyəti noyabrın 25-26-da NATO mənzil qərargahında səfərdə olacaq. Bu barədə "MilAz" İA-ya Rumıniyanın Azərbaycandakı səfirliyindən - Əlaqə Səfirliyindən məlumat verilib. Səfər NATO İctimai Diplomatiya Bölməsinin dəvəti əsasında həyata keçirilir.          

Azərbaycan nümayəndə heyətinə müxtəlif think-tank rəhbərləri, QHT nümayəndələri və universitet təmsilçiləri daxildir. Onlar NATO mənzil qərargahında alyansın yeni Strateji Konsepsiyası, NATO-nun əməliyyatları, NATO-nun Qafqaza yönəlik siyasəti, NATO - Rusiya münasibətləri, Lissabon sammitindən sonra NATO tərəfdaşlığı və s. məsələlərin müzakirəsində iştirak edəcəklər.

Bu səfərlər mütəmadi olaraq NATO İctimai Diplomatiya Bölməsi tərəfindən NATO Əlaqə Səfirliyinin lojistik dəstəyi ilə təşkil olunur. Qeyd edək ki, NATO-nun Azərbaycanda əlaqə səfirliyi Rumıniya səfirliyidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir