Modern.az

Akif Nağı bəyanat verdi: "QAT Aqil Aslanı dəstəkləyir"

Akif Nağı bəyanat verdi: "QAT Aqil Aslanı dəstəkləyir"

2 Noyabr 2010, 18:46

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizəd Aqil Aslanı dəstəkləməsi barədə bəyanat verib.

“Aqil Aslanı çox bacarıqlı, istedadlı, öz peşəsinə sədaqətli bir jurnalist kimi tanıyıram. Neçə illərdir Azərbaycan mətbuatında çalışır, həmişə çalışır ki, obyektiv mövqedən çıxış eləsin. O həm də parlament müxbiridir, ictimai həyatda da fəal iştirak edir. Onun qələmi indiyə qədər ancaq həqiqəti yazıb, Qarabağ mövzusu həmişə onun diqqətində olub. Mən hesab edirəm ki, Aqil Aslan kimi vicdanlı, xalqına sədaqətli, səviyyəli, peşəkar insanların parlamentdə olmasına ehtiyac var. Yəni parlamentdə cəmiyyətin müxtəlif təbəqələrinin, müxtəlif peşə sahiblərinin olması vacibdir. Ona görə də hesab edirəm ki, artıq vaxtı çatıbdır ki, Aqil Aslan parlament müxbirliyindən parlamentin üzvlüyünə keçsin, millət vəkili seçilsin. Mən Aqil Aslana uğurlar arzulayıram və Goranboy-Ağdam-Tərtər dairəsinin seçicilərini Aqil Aslana səs verməyə çağırıram”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi