Modern.az

Qənirə Paşayevadan yeni görüşlər... ®

Qənirə Paşayevadan yeni görüşlər... ®

2 Noyabr 2010, 19:09

 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Qədirli və Cilovldarlı kəndində seçicilərlə görüşüb.

"Mən düz 5 il əvvəl seçki kompaniyası zamanı sizə vəd vermişdim ki, əgər mənə etimad göstərsəniz sizin sözünüzü, fikirlərinizi, problem və təkliflərinizi daim parlament tribunasından səsləndirəcəm, dövlət qurumları ilə onların həlli istiqamətində daim müzakirələr aparacam və onların öz həllini tapması üçün əlimdən gələni edəcəyəm"- deyən Qənirə Paşayeva millət vəkili olduğu dövrdə öz vədinə sadiq olduğunu bildirib:
“Bu 5 ildə mən sizi layiq olduğunuz səviyyədə və ləyaqətlə təmsil etmək üçün əlimdən gələni etdim deyən Qənirə Paşayeva bildirib ki, prezident İlham Əliyevin Tovuza böyük diqqət və qayğısı nəticəsində bu 5 il ərzində Tovuzun son 30 illik tarixi ərzində görülməyən işlər görülüb, çoxlu sayda problemlər öz həllini tapıb. Tovuzun ən böyük problemi qaz təminatı ilə bağlı idi. Bu gün Əlimərdanlı kəndinə də qaz verildi və indi 105-ci dairəyə aid olan kəndlərdən Girzan istisna olmaqla hamısı qazla təmin olunub. Dövlət Neft Şirkətinin rəhbərliyinə, “Azəriqaz”a müraciət etmişik, yaxın zamanlarda Girzan kəndinə də qaz veriləcək”. Qənirə Paşayeva bildirib ki, Qədirli və Cilovdarlı kəndinin qaz boruları çürüyüb sıradan çıxdığı üçün bu kəndlərə qaz verilməsi mümkün olmurdu və prezident İlham Əliyev Qədirli və Gilovdarlı da da daxil olmaqla Tovuzun bir neçə kəndinin qaz sisteminin müasir standartlara cavab verən səviyyədə tamamilə yenidən çəkilməsi haqqında sənəd imzaladı və maliyyə vəsaitinin ayrılması haqqında göstəriş verdi. Artıq Qədirli və Cilovdarlı da daxil olmaqla həmin kəndlərin sakinlərinin əksəriyyəti qazla təmin olunub, yeni məhəllələr adlandırdığımız yeni yaşayış evlərinə qaz çəkilməsi istiqamətində də işlər gedəcək.

Tovuzun Ən böyük problemlərindən birinin içməli su olduğunu vurğulayan millət vəkili bildirib ki, prezident İlham Əliyevin göstərişi ilə Zəyəm çayından Tovuz rayonuna içməli su xətti çəkildi ki, bu da çoxlu sayda kəndlərlə yanaşı Tovuz şəhərinin də içməli su ilə bağlı problemlərinin həlli istiqamətində çox önəmli rol oynayır və su ilə bağlı problemlərin həlli istiqamətində işlər davam edir. Tovuz Azərbaycanın bir neçə rayonundan biri oldu ki, şəhərin su və kanalizasiya sistemi tamamilə yeniləcək və artıq bu istiqamətdə işlər başlayıb. Son 5 ildə rayonda çoxlu sayda artezian quyuları qazıldı çünki kənd təsərrüfatı rayonu olan Tovuzda ən vacib məsələlərdən biri əkin sahələrinin suvarılması istiqamətində problemlərin həlli idi və bu istiqamətdə işlər bu gün də davam edir. Sizin kəndlər də daxil olmaqla bütün Tovuzlular üçün tarixi bir layihə olan su elektrik stansiyasının tikintisinə başlanılır deyən Qənirə Paşayeva vurğulayıb ki, rayon üçün tarixi əhəmiyyət daşıyan bu layihənin həyata keçirilməsi zamanı 100-lərlə rayon sakini işlə təmin olunacaq. Eyni zamanda su elektrik stansiyası 100-lərlə Tovuzlunun daimi işlə təmin olunması, rayonun inkişafına böyük dəstək deməkdir. Qədirli və Cilovdarlı kəndi ilə su elektrik stansiyasının tikiləcəyi Girzan istiqaməti arasında cəmi 4-5 km yol var deyən Qənirə Paşayeva bildirib ki, bu kəndlərin də xeyli işsiz insanı bu tikinti çərçivəsində özünə iş tapacaq ki, bu da ən vacib məsələlərdən biridir. Eyni zamanda bu stansiyanın tikintisi ilə paralel Tovuzlular o cümlədən Qədirli və Cilovdarlı kəndlərinin sakinləri üçün çox vacib olan Tovuz-Girzan yolu da təmir olunacaq deyən millət vəkili vurğulayıb ki, bu 5 il ərzində prezident İlham Əliyevin göstərişi ilə rayon üçün həyatı əhəmiyyət daşıyan Tovuz-Böyükqışlaq, Tovuz-Əlibəyli, Tovuz-Ağdam və s. kimi yollar yüksək səviyyədə təmir olunub. Hazırda İbrahimhacılı kəndi istiqamətində yolların təmiri gedir. Dövlət proqramı çərçivəsində xeyli sayda məktəblər tikilib, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Tovuzun Cəlilli, Alakol, Əsrik Cırdaxan kəndlərində məktəb binaları tikilərək müəllim və şagirdlərin istifadəsinə verilib. Son 5 ildə 100-ə yaxın şəhid ailəsi, müharibə əlili evlə təmin olunub. Qənirə Paşayeva bildirib ki, bu illər ərzində Qədirli və Cilovdarlı kəndlərini narahat edən problemlərin xeyli hissəsi öz həllini tapıb. Qədirli və Cilovdarlı elektrik enerjisi, qazla təmin olunur, kənd yolların abadlaşdırılması istiqamətində işlər başlayıb və.s. Əslən Tovuzlu olan iş adamı İlham Rəhimovun dəstəyi ilə Cilovdarlı kəndində tibb ambulatoriyası tikilir və yaxın günlərdə istifadəyə veriləcək.

Deputatlığa namizəd vurğulayıb ki, 5 illik fəaliyyəti dövründə Qədirli və Cilovdarlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, qəsəbə sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

Qənirə Paşayeva gənclər arasında təhsilə daha böyük marağın yaradılması istiqamətində həyata keçirilən layihələr, bilik marafonları nəticəsində son 5 ildə Tovuz rayonundan hər il ali məktəblərə daxil olan gənclərin sayının artdığını vurğulayıb. Millət vəkili onun təşəbbüsü və dəstəyi ilə artıq 5 ildir ki, Tovuz Televiziyası ilə birgə həm humanitar həm də dəqiq elmlər sahəsində bilik marafonlarının keçirilməsinin də Qədirli və Cilovdarlı kəndləri də daxil olmaqla Tovuz rayonunda gənclər arasında təhsilə marağın daha da artmasına xidmət etdiyini vurğulayıb. Artıq bu kəndlərdən xaricdə təhsil almaq üçün daxil olan şagirdlərimizin olması bizi çox sevindirir. Qənirə Paşayeva xüsusilə gənclər arasında vətənpərvərliyin artması istiqamətində həyata keçirilən layihələrin nəticəsində rayondan Ali Hərbi Məktəbə və Hərbi Liseyə daxil olan gənclərin sayının hər il surətlə artdığını bildirib: “Bu gün Tovuz rayonu hərbi məktəblərə üz tutan gənclərin sayına görə ön sırada dayanır və bu bizim hamımızı sevindirir. Bizim həm savadına, həm də fiziki göstəricilərinə görə ən yaxşı gənclərimiz arasında hərbi məktəblərə üz tutanların sayının artması çox vacibdir və Tovuz gənclərinin bu istiqamətdə uğurları bizi sevindirir”. Millət vəkili gənclər arasında vətənpərvərlik ruhunun daha da artması istiqamətində Milli Qəhrəmanlarımız haqqında çəkilən filmlərin də böyük rol oynadığın deyib. Onun təşəbbüsü və dəstəyi ilə Tovuz rayonundan olan bütün milli qəhrəmanlar haqqında sənədli filmlərin çəkildiyini, onlara təqdimat mərasimlərinin təşkil olunduğunu və televiziya kanallarında nümayiş olunduğunu vurğulayan Qənirə Paşayeva gələcəkdə də torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımız haqqında bu işlərin davam etməsinin zəruriliyini vurğulayıb.

Qənirə Paşayeva Qədirli və Cilovdarlı kəndlərinin və ümumiyyətlə Tovuz rayonun ziyalı rayonu olduğunu vurğulayaraq bildirib ki, rayonun tanınmış şairlərinin, ustad aşıqlarının, el şairlərinin 14-ə yaxın kitabının yüksək səviyyədə nəşr olunması, təqdimat mərasimlərinin, yubiley və gecələrin keçirilməsinə dəstək göstərib ki, burada da məqsəd həmin ustadları, həmin şəxsiyyətləri gənc nəsillərimizə, Azərbaycandan kənarda yaşayan soydaşlarımıza daha yaxından tanıtmaq olub ki, onların arasında əslən Qədirli, Cilovdarlıdan olanlar da var. Qənirə Paşayeva deyib ki, düz 25 illik fasilədən sonra Dövlət Filarmoniyasında Tovuz Aşıqlarının Konsertinin çox yüksək səviyyədə təşkil edə bilib ki, bu onun 5 illik fəaliyyətində ən çox zövq aldığı işlərdən biri olub. Tovuz Azərbaycan xalqının köklərinin bağlı olduğu aşıq musiqisinin mərkəzlərindən biridir, bu torpaq Azərbaycana və dünyaya böyük ustad aşıqlar bəxş edib deyən Qənirə Paşayeva gənclərin bu məktəbi yüksək səviyyədə davam etdirməsinin zəruriliyini vurğulayıb. Azərbaycanın Birinci Xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın aşıq sənətinə dəstəyinin müsbət nəticələrindən danışan Qənirə Paşayeva deyib ki, gənc aşıqlarımızın üzərinə bu sənəti bütün dünyada yüksək səviyyədə təqdim etmək missiyası düşür və biz onlara dəstək üçün əlimizdən gələni etməliyik. Millət vəkili 5 illik fəaliyyəti dövründə Azərbaycanın qədim bölgələrindən biri olan Tovuzun tarixinin, abidələrinin, toponimlərinin araşdırılaraq yazılan kitabın çapına və çəkilən sənədli filmə də böyük məmnuniyyətlə dəstək verdiyini vurğulayıb və gələcəkdə də bu cür kitabların yazılmasına və sənədli filmlərin çəkilməsinə ehtiyac olduğunu deyib.

Qənirə Paşayeva 5 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi də fəaliyyətində də dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib.

O, bir qadın millət vəkili olaraq daim qadınların təhsili, erkən nikahlara qarşı mübarizə, məişət zorakılığının qarşısının alınması istiqamətində çalışdığını, bu istiqamətdə qəbul olunan qanunların müzakirəsində fəal iştirak etdiyini də vurğulayıb və bildirib ki, seçiciləri yenidən ona etimad göstərərlərsə gələcək fəaliyyətində də bu məsələlər onun üçün vacib mövzulardan olacaq.

“Əziz seçicilərim, həllini gözləyən problemlərimiz var. Əgər yenidən mənə etimad göstərsəniz, sizi bu 5 ildə olduğu kimi layiq olduğunuz səviyyədə və ləyaqətlə təmsil etməyə və problemlərinizin həlli istiqamətində əlimdən gələni etməyə çalışacam” - deyən Qənirə Paşayeva bütün Qədirli və Cilovdarlı seçicilərini noyabrın 7-də keçiriləcək seçkilərdə aktiv iştirak etməyə çağırıb.

Görüşdə çıxış edən onlarla qəsəbə sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 5 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.





Seşki qərargahı

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı