Modern.az

Namizəd haqqında danışanlara səsləndi: “Nazim Məmmədovun kim olduğunu cənab Preizdent dəqiq bilir”

Namizəd haqqında danışanlara səsləndi: “Nazim Məmmədovun kim olduğunu cənab Preizdent dəqiq bilir”

Parlament

3 Noyabr 2010, 13:57

104 saylı Gədəbəy -Tovuz seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış, hazırda bu dairədən millət vəkili olan Nazim Məmmədov noyabrın 2-də Tovuzun Azadlı, Bayramlı, Əsrik kəndlərində seçicilərlə görüş keçirib.

Görüşlərdə 500-dən yuxarı seçici iştrak edib. Bu barədə Modern.az-a məlumatı N.Məmmədovun özü verib.

Deputat qeyd edib ki, bütün görüşlərdə seçicilər onun 5 illik deputat fəaliyyətini yüksək dəyərləndiriblər: “Görüşə gələn hər bir seçici bildirdi ki,  7 noyabr parlament seçkilərində də yenə məni millət vəkili görmək istəyirlər və mənə səs verəcəklər. Seçicilər Yeni Azərbaycan Partiyasının (YAP) bu dairədəki vahid namizədi olan Rafiq Məmmədhəsənovun  İctimai Televiziyadakı çıxışından sonra rayona qayıtmamasını, seçicilərlə görüş keçirməməsini yaxşı qarşılamırlar. Seçicilər söyləyirlər ki, seyid cəddinə ümid etdiyi kimi, namizəd də siyahıya ümid eməməlidir.
Rafiq Məmmədhəsənov İTV-dəki çıxışında bildirib ki, alimlərdən deputat olar, iş adamından deputat ola bilməz. 9 milyon insanın qarşısında onun belə bir çıxışını özümə qarşı “qara piar” hesab edirəm. Əslində, bu cür ifadələr onun özünə yönəlmiş bir məsələdir. İndi Rafiq Məmmədhəsənov seçki kampaniyasını dayandırıb, oturub Bakıda, sanki ona SMS-lə səs verəcəklər. Bunu isə seçicilər qəbul etmir”.

Dairə ərazisində görülən işlərə toxunan N.Məmmədov bildirib ki, artıq Gədəbəyin bir neçə kəndində bankomatlar quraşdırılıb: “Bu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun xidmətləridir. Ancaq bu bankomatların sayı az olduğu üçün bəzən insanlar günlərlə bankomatlar qarşısında növbəyə dururlar.
Çox təəssüf edirəm ki, yerli icra strukturları insanların problemlərini həll etmək əvəzinə, seçki saxtakarlığı ilə məşğul olmağa üstünlük verirlər. Bələdiyyə üzvləri, yerli icra strukturları bununla dövlətimizə, dövlət başçımıza pislik edirlər”.

Təbliğat-təşviqat dövründə mutəmadi olaraq Gədəbəy  və Tovuzda seçicilərlə görüşlər keçirdiyini qeyd edən deputatlığa namizəd onun barəsində danişanlara da cavab verib: “Seçkinin maraqlı məqamlarından biri də odur ki, adamların səviyyəsini üzə çıxarır, kimin kim olduğunu göstərir. Mətbuat və ictimai müzakirələr bəzən cəmiyyətin intellektli tanıdığı adamın kim və hansı səviyyəynin adamı olduğunu açır. Mən opponentlərimə onu bildirmək istəyirəm ki, özlərini əbəs yerə yormasınlar, mənim barəmdə onların apardıqlarıə “qara piar” özlərinə zərər verəcək. Mən barəmdə danışanlara yalnız bunu demək istəyirəm. Nazim Məmmədov haqqında cənab Preizdent hər şeyi dəqiq bilir”.

 

 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı