Modern.az

Vahid Əhmədovdan yeni xəbər var...

Vahid Əhmədovdan yeni xəbər var...

3 Noyabr 2010, 17:42


Noyabrın 3-də 52 saylı Quba seçki dairəsindən deputatlığa namizəd, hazırkı millət vəkili Vahid Əhmədov seçicilərilə möhtəşəm görüşlərindən daha birini keçirib. Quba şəhərində fəaliyyət göstərən "Mübarək" şadlıq sarayında namizədi dəstəkləməyə 300 nəfər adam gəlib, daha 75 nəfər insan ayaq üstə Vahid Əhmədovu dinləyib.

Tədbirdə namizədin vəkilləri qocaman hüquqşünas Cabir Kərimov, tarix elmləri doktoru Şahin Fazil Vahid Əhmədovun fəaliyyənidən bu 5 ildə deputat kimi gördüyü işlərdən danışıb. Görüşdə çıxış edən seçicilər Vahid Əhmədovun hər ay ən azı 1 dəfə seçiciləri ilə görüşdüyünü, onların müraciət və şikayətlərinə layiqincə cavab
verdiyini, araşdırdığını bildirib və onu yenə də özlərinin vəkili görmək istədiklərini  birmənalı şəkildə vurğulayıblar.

Tədbirdə ATƏT-in bu dairədə fəaliyyət göstərən uzunmüddətli müşahidəçisi Barbara Miler də iştirak edib.

Seçki qərargahı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu