Modern.az

Rayon qeydiyyatlı maşınla Bakıya gəlin aparmağa gəlməsinlər! - AÇIQLAMA

Rayon qeydiyyatlı maşınla Bakıya gəlin aparmağa gəlməsinlər! - AÇIQLAMA

27 Oktyabr 2015, 14:12

Rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 22:00-a kimi Bakıya buraxılmaması ilə bağlı qərar sentyabrın 15-dən qüvvədədir. Bu avtomobillərin saxlanması üçün paytaxtın cənub və şimal girişində duracaqlar tikilib. Rayon qeydiyyatlı avtomobillərin Bakıya daxil olmasına məhdudiyyət qoyulması hələ də müzakirə mövzusu olmaqda davam edir.

Budəfəki narazılıq toy karvanları ilə bağlıdır. Məhdudiyyət tətbiq edilməzdən əvvəl bir çox hallarda rayondan Bakıya gəlin aparmağa gələnlər səhər saatlarında yola çıxırdılar. Bəs indiki halda necə, toy karvanı paytaxta yalnız gecə saatlarında daxil olmalıdırmı?

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az saytına bu kimi hallarda istisnalar ola biləcəyini deyib:

“Rayondan Bakıya toy karvanı gələrsə, o zaman bütün avtomobillərə deyil, məhz bəy-gəlin maşınına güzəşt oluna bilər”.

O qeyd edib ki, bununla bağlı hələ ki, müraciət daxil olmayıb:

“Əlbəttə, belə istisnalar ola bilər. Amma toy karvanı deyəndə, o demək deyil ki, bəy-gəlin avtomobilinin arxasına 30-40 avtomobil qoşulsun Bakıya gəlsin. Xeyr, bu mümkün ola bilməz. İstisna halda  karvandakı 1-2 rayon qeydiyyatlı maşın paytaxta buraxıla bilər, qalanlar yox!”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı