Modern.az

Rusiya İŞİD-lə mübarizə üçün geniş koalisiya yaratmağa çağırıb

Rusiya İŞİD-lə mübarizə üçün geniş koalisiya yaratmağa çağırıb

28 Oktyabr 2015, 00:36

Rusiya Müdafiə Nazirliyi xarici ölkələri İŞİD-lə mübarizə üçün geniş koalisiya yaratmağa çağırıb.

Modern.az APAya istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoliy Antonov bildirib.   

“Suriyadakı hazırkı vəziyyət Rusiya prezidenti Vladimir Putinin İŞİD-lə mübarizədə geniş beynəlxalq koalisiyanın təxirə salınmadan yaradılmasına dair təklifinin aktuallığını bir daha təsdiqləyir”, deyə Antonov xarici ölkələrin hərbi attaşeləri ilə görüşündə bildirib.  

O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi  Rusiya aviasiyasının hədəflərinin müəyyənləşdirilməsində başqa ölkələrin əməkdaşlığa dair təkliflərini gözləyir.   

“Biz əvvəlki kimi İŞİD bazalarını məhv etmək üçün zərbələrin endiriləcəyi konkret  hədəflərinin,  yaxud, vurulması gərək olmayan obyektlərin koordinatlarının müəyyənləşdirilməsində əməkdaşlıq təkliflərini gözləyirik”, deyə nazir müavini qeyd edib.   

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi