Modern.az

Dünyanın güclü dövlətlərindən biri “Putinin ittifaqı” ilə əməkdaşlıq edəcək

Dünyanın güclü dövlətlərindən biri “Putinin ittifaqı” ilə əməkdaşlıq edəcək

28 Oktyabr 2015, 09:45

“İsrail Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonası haqqında müqavilənin tezliklə imzalanmasında maraqlıdır. Hesab edirik ki, bu,  həm İsrail iqtisadiyyatı, həm də Gömrük İttifaqına üzv ölkələr üçün böyük potensialdır”.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə bunu rusiyalı junalistlərə  açıqlamasında İsrailin Hərbi-Siyasi Kabinetinin üzvü, ölkənin absorbsiya naziri Zeyev Elvin Zeyev deyib.  

O bildirib ki, Avrasiya Birliyi ilə azad ticarət zonasının yaradılması İsrail üçün prioritetdir.

“Biz maksimum şəkildə effektivliyə nail olmaq üçün  bunu ürəkdən istəyirik. Artıq 2016-cı ildə Rusiya tərəfinə bu istiqamətdə danışıqların başlamasını təklif edirik. Biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu, mümkün qədər tez olsun”,-deyə nazir söyləyib.  

Avrasiya İttifaqı 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayıb. Təşkilata Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan daxildir.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub