Modern.az

İranda mindən çox insan edam olunub

İranda mindən çox insan edam olunub

Dünya

28 Oktyabr 2015, 18:00


BMT İranda edam faktlarının çoxluğu səbəbindən həyəcan təbili çalır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin İranda insan hüquqları üzrə məruzəçisi Əhməd Şahid bu ilin 9 ayında İranda mindən artıq insanın edam olunduğunu bildirib.

Onun sözlərinə görə, ötən il İran məhkəmələrinin qərarları ilə 753 ölüm hökm icra olunub. Əhməd Şahid 2005-ci ildən İranda edam hökmlərinin sayının artmasına diqqət çəkir.   

BMT-nin məlumatına görə, bu il İranda ölüm hökmü çıxarılanların 69 faizi narkotik ticarətinə, 10 faizi isə  Facebook və digər sosial şəbəkələrdə paylaşdıqları yazılara görə bu cəzanı alıb.  

Əhməd Şahid İranı ölüm hökmlərini dayandırmağa və beynəlxalq konvensiyalara hörmət etməyə çağırıb.    

Vüqar İsmayılov    

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı