Modern.az

30 ildə 69 uşaq dünyaya gətirən qadın - MARAQLI

30 ildə 69 uşaq dünyaya gətirən qadın - MARAQLI

Dünya

29 Oktyabr 2015, 10:10


XVIII əsirdə Rusiyada Feodor Vasilyevin adlı kəndlinin arvadı 69 uşaq dünyaya gətirərək ən çox uşaq doğan qadın kimi yad edilir.

Məhəlli kilsənin Moskvaya yazdığı hesabata görə 1725-1765-ci illər arasında xanım Vasilyeva 16 əkiz, 7 üçəm və 4 dördəm dünyaya gətirib. 27 dəfə doğuş edən qadının cəmi 69 uşağının olduğu hesabatda bildirilib.

Bəs 60-dan çox uşaq sahibi olmaq həqiqətən mümkündürmü? Modern.az xəbər verir ki, xarici mətbuatda bununla bağlı qadının hamilə qalma dövrü, bu prosedurlar təhlil olunub və həmin qadının bu qədər uşaq dünyaya gətirmək ehtimalı öyrənilməyə çalışılıb.

Mütəxəssislər bildirirlər ki, 40 ildə 27 dəfə hamilə qalmaq mümkün görünür. Çünki üçəm və dördəmlər əksər hallarda erkən yaşlarda doğulur. Beləliklə 16 əkizin 37-ci həftədə, 7 üçəmin 32-ci həftədə, 4 dördəmin də 30-cu həftədə doğulduğunu nəzərə alsaq, Vasilyeva 18 ilini hamilə olaraq keçirib demək olar. Amma bunun mümkün olub-olmadığı başqa məsələdir.

Hamiləlik dövrü

Hamiləlik, yumurtalıqların hər 28 gündə bir yumurta yetişdirməsi ilə 15 yaşdan başlayaraq 51 yaşa qədər, qadının klimaksa keçməsi ilə sonlanır. Lakin klimaksdan xeyli əvvəl hamiləlik şansı azalır. 45 yaşından sonra qadının hər ay hamilə qalmaq ehtimalı 1 faizdir. Çünki yaş artıqca qadının yumurtalarının keyfiyyəti və sayı əhəmiyyətli dərəcədə azalır. 40 yaşında sonra qadınların hamilə qalması xəbərlərinə arada-sırada rast gəlsək də əksəriyyət 42-44 yaşından sonra hamilə qalmır. Üstəlik hər hamiləlik zamanı insan bədəni deformasiya olunduğu üçün yenidən hamilə qalmaq şansı da azalır. Eyni zamanda uşaq əmizdirərkən də qadının hamilə qalmaq ehtimalı az olur. Bu hesablamalara görə isə xanım Vasilyeva 50 yaşından sonra da uşaq dünyaya gətirib. Bir neçə yüz il əvvəl məhdud şəraitdə 69 uşağı dünyaya gətirə bilmək iddialarını təsdiqləyən nöqtə də məhz budur.

İnkişaf etmiş ölkələrdə doğuşla bağlı probemlərdən ölən qadınların sayı çox azdır. Məsələn,  Dünya Bankının məlumatına görə, İngiltərədə hər 100 min canlı doğuşda 8 qadın ölərkən Sierra Leonedə (Afrika) bu rəqəm 1100-dür.

Xanım Vasilyevanın 27 doğuş zamanı başına bədbəxt hadisə gəlməməsi real görünmür. Qədim vaxtlarda, xüsusilə çox doğan qadınlarda qan və başqa problemlər ciddi risq idi.

Çox uşaqların olması

Vasilyevanın çox sayda əkiz, üçəm və dördəm doğması isə iddianı bir az daha sarsıdır. Bu cür hamiləliklər olduqca az rast gəlinir. Məsələn, İngiltərədə 2012-ci ildə əkiz hamiləliklər yüzdə 1,5, üçəm on mində 3, dördəm isə 778 mində 3 olmuşdu.

Bu cür hamiləliklər irsi olduğu üçün Fyodr Vasilyevin arvadına həddindən artıq çox göstərilmiş nümunə kimi də baxmaq olar. Digərləri bir tərəfə, 16 əkiz hamiləlik və sağlam doğuş çox astronopmik görünür. Həmçinin, 69 uşaqdan 67-sinin yaşama ehtimalı da o dövrün şərtlərinə görə bir az şişirdilmiş rəqəmdir.

O da qeyd edilir ki, Fyodrun ikinci evliliyindəki arvadı 18 uşaq (6 dəfə əkiz, 2 dəfə isə üçəm) dünyaya gətirib.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir