Modern.az

Elşad Paşasoy: “...Belə görünür ki, seçkilərin müqqədəratı bir namizədin xeyrinə həll olunub”

Elşad Paşasoy: “...Belə görünür ki, seçkilərin müqqədəratı bir namizədin xeyrinə həll olunub”

4 Noyabr 2010, 16:59

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd, Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy dünən Masallı seçiciləri ilə  görüşlər keçirib. Bu barədə Modern.az –a məlumat verən Elşad Paşasoy bildirib ki, yerli icra hakimiyyəti orqanlarının seçkiyə müdaxiləsi davam edir.  

Namizədin sözlərinə görə, İcra nümayəndəliklərinin rəhbərlərinə tapşırıqlar verilib ki, mümkün qədər Yardımlı-Masallı seçki dairəsində əhalinin seçkidə aktiv iştrakın;N qarşısı alınsın və daha çox bu seçkidə bəzi təşkilatlarda çalışanlar iştrak eləsin.   E. Paşasoy onuda bildirib ki, rayonda toplantı keçirərkən bütün məntəqə rəhbərlərinə tapşırılıb ki, E.Paşasoy bütün məntəqələr üzrə seçki qutularından ən yaxşı halda 5-ci yerdə olan bir namizəd kimi çıxmalıdır.    

“Hətta tapşırılıb ki, anadan olduğum kənddə də ən yaxşı halda 5-ci yerdə olum”-deyən E.Paşasoy vurğulayıb ki, xeyli öncə seçicilərin şəxsiyyət vəsiqələrinin vaxtının dəyişdirilməsi məsələsini bəhanə gətirərək, camaatdan yığılan şəxsiyyət vəsiqələri indiyə qədər qaytarılmayıb.  
“Bu da onu göstərir ki, camaatın şəxsiyyət vəsiqələri qaytarılmayacaq, halbuki seçkidə yalnız şəxsiyyət vəsiqəsi ilə iştrak etmək mümükündür. Görünür həmin vəsiqələrin seriya nömrələri götürüləcək və bu şəxsiyət vəsiqələri seçkilərin saxtalaşdırılması üçün istifadə olunacaq”-deyə namizəd narahatçılığını açıqlayıb.  

E.Paşasoy bildirib ki, bu məsələlərlə bağlı ATƏT-ə, Mərkəzi Seçki Komisiyasına da məlumat verib. “Mənim verdiyim məlumat, etdiyim şikayət yenidən MSK tərəfindən DSK-ya göndərilib”.  

Deputatlığa namizəd bildirib ki, DSK-nın rəhbəri Qailb Canəliyev məsələnin guya araşdırılıdığını, məlumatların heç birinin doğru olmadığını bəyan edib. “DSK sədri mənə zəng edib bildirdi ki, guya, yalandır, amma bu məlumatların hamısı doğrudur”-deyən E.Paşasoy qeyd edib ki, onun müşahidəçilərini qeydə alınmaqdan yayınırlar.
“Seçkiyə 3 gün qalsa da, artıq belə görünür ki, seçkilərin müqəddəratə  bir namizədin xeyrinə həll olunub”-deyə namizəd bədbin tonda qeyd edib. 

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir