Modern.az

Goranboylular çağırış etdilər: “Eloğlumuzsan, biz yalnız sənə səs verəcəyik!”

Goranboylular çağırış etdilər: “Eloğlumuzsan, biz yalnız sənə səs verəcəyik!”

Dünya

4 Noyabr 2010, 17:25

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizəd, “Ekspress” qəzetinin əməkdaşı, Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan seçicilərilə görüşlərini davam etdirir.

Modern.az-ın məlumatına görə, deputatlığa namizəd Aqil Aslan noyabrın 4-də Goranboy rayonun Zeynallı kəndində seçiciləri ilə izdihamlı görüş keçirib. Görüşdə yüzlərlə seçici iştrak edib. Seçicilər birmənalı olaraq bəyan ediblər ki, Aqil Aslandan başqasına səs verməyəsəklər.

A.Aslan əməkdaşımıza bildirib ki, o, təşviqat-təbliğat kampaniyası dövründə Goranboyun 97 saylı dairəyə daxil olan əksər kəndlərində görüşlər keçirib və hər bir görüşdə seçicilər bildiriblər ki, “sən bizim elimizin oğlusan, biz sənə səs verəcəyik”. Aqil Aslan ümid edir ki, goranboylular bu sözlərin arxasından geri çəkilməyəcəklər, ona səs verəcəklər və seçkidə qalib gələcəyinə inanır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir