Modern.az

Asiya Oyunlarına görə 50 min insan zorla evindən köçürüldü

Asiya Oyunlarına görə 50 min insan zorla evindən köçürüldü

Dünya

29 Oktyabr 2015, 15:06


Beynəlxalq hüquq təşkilatı “Amnesity İnternational” Türkmənistan rəhbərliyini vətəndaşların hüquqlarını pozmaqda ittiham edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2017-ci il Asiya Oyunlarına hazırlıq məqsədilə Türkmənistan hökuməti paytaxt Aşqabadın yaxınlığında yerləşən Çoğanlı qəsəbəsinin 50 min sakinini evindən zorla köçürüb.

Qəsəbənin peyk görüntüləri, telefon çəkilişləri və şahid ifadələri 10 min evin olduğu qəsəbənin tamamilə dağıdıldığını və minlərlə insanın küçələrə atıldığını müəyyən edib:

 “Oyunlardan insan hüquqlarının yaxşılaşdırılması üçün istifadə etmək əvəzinə, Türkmənistanın kənd yerlərindən Aşqabada iş dalınca gələn minlərlə insanın vəziyyətini daha da pisləşdiriblər”.

5-ci Asiya Oyunları 2017-ci ildə Aşqabadda keçiriləcək.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı