Modern.az

Sabiq baş nazir barəsində cinayət işi başlanıb

Sabiq baş nazir barəsində cinayət işi başlanıb

Dünya

30 Oktyabr 2015, 01:15

Ukraynada İtaliyanın sabiq baş naziri Silvio Berluskoni barəsində cinayət işi başlanılıb.

Modern.az-ın  APA- ya istinadən verdiyi xəbərə görə, bu barədə Ali Radanın deputatı Georgi Loqvinski bildirib.   Onun sözlərinə görə, Berluskoni sentyabrda Krıma səfər edərkən Ukrayna ərazisinə giriş qaydalarını pozub. Bundan başqa, Berluskoni “əmlakın mənimsəməsi” maddəsi üzrə də ittiham edilib.     Məlumata görə, Loqvinskiy jurnalistlərə Berluskoniyə qarşı cinayət icraatının başlanmasını təsdiqləyən Baş Prokurorluq və Ukrayna Təhlükəsizlik Xidmətinin müvafiq sənədlərini təqdim edib.   Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Berluskoninin ölkəyə girişinə 3 illik qadağa qoyub.   Xatırladaq ki, Silvio Berluskoni sentyabrda Krıma səfər edərək orada Vladimir Putinlə görüşüb.     Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?