Modern.az

Prezident təyyarədə gənc qızın həyatını xilas etdi

Prezident təyyarədə gənc qızın həyatını xilas etdi

Dünya

30 Oktyabr 2015, 10:51


Fransaya rəsmi səfər edən Uruqvay prezidenti Tabare Vaskes təyyarədəki sərnişinlərdən birinin həyatını xilas edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı Fransa vətəndaşı olan xanım araxis yedikdən sonra boğulmağa başlayıb və onda kəskin alleqrik reaksiya başlayıb.

Təyyarənin pilotu Braziliyada məcburi eniş etməyi düşünsə də, ixtisasca həkim olan Uruqvay prezidenti buna imkan verməyib. Tabare Vaskes və şəxsi həkimi Mario Zelaryan 17 yaşlı qıza venadaxili inyeksiya vuraraq onu xilas ediblər.

Onun vəziyyətinin yaxşılaşdığını görən pilot enişdən vaz keçərək Fransaya uçub.    

Vüqar İsmayılov    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar