Modern.az

Bağçalının evlənmədiyini deyən Arınça sərt cavab verildi

  Bağçalının evlənmədiyini deyən Arınça sərt cavab verildi

Dünya

30 Oktyabr 2015, 22:35

Türkiyənin baş nazirinin keçmiş müavini Bülent Arınçın Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının ailə qurmaması ilə bağlı etdiyi zarafata cavab sərt olub. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, MHP-nin İstanbuldan olan millət vəkili İzzet Ülvi Yönter Bülent Arınçın Dövlət Bağçalı üçün “Bəli deməmək üçün evlənmədi” göndərməsinə sərt cavab verib.  

“Bu ifadəni işlətmək istəmirəm, amma güman edirəm beyni sulanmışlar separatçı terror təşkilatı PKK-ya dedikləri “əvətlə” bizim əvətlərimizi qarışdırib, bəli cavabını çox çirkin bir üslubla ümumi liderimizə verirlər.Yaşını-başını almış insanlara bu tip ifadələr əsla yaraşmır”.  

Yönter bununla da kifayətlənməyərək Arınça belə mesaj da göndərib: “Cənab Arınçı ağla dəvət edirəm, amma müvazinətini itirdiyi üçün bunu etmək çətin olacaq”.  

Manisada Ədalət və İnkişaf Partiyasının seçki kampaniyası çərçivəsində iş adamları tərəfindən təşkil olunan ziyafətə qatılan keçmiş baş nazir müavini Bülent Arınç MHP-nin sədri Dövlət Bağçalını tənqid edib.  

Arınç Bağçalı üçün bunları deyib: “Keçmiş model maşınlara minəndə sabit şeylərə ilişib qalır. Bu yaxınlarda zarafatını edir dostlar. “Onsuz da hər şeyə “yox” dedi, “hə” demədiyi üçün də subay qaldı. Masaya otursa “bəli” demək məcburiyyətində qalacaq”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər