Modern.az

Fransanın xarici işlər nazirinin oğlu ABŞ-da həbs edilə bilər

 Fransanın xarici işlər nazirinin oğlu ABŞ-da həbs edilə bilər

Dünya

30 Oktyabr 2015, 23:11

ABŞ hakimiyyəti Fransanın xarici işlər naziri Loran Fabiusun oğlunun həbsi ilə bağlı order verib. Modern.az  xarici mediaya istinadən bildirir ki, o, Las-Veqas kazinosunu 3,5 milyon dollar aldatmaqda şübhəli bilinir.

33 yaşlı Toma Fabius 2012-ci ilin may ayında Las-Veqasın 3  kazinosuna borclarının örtülməsi üçün saxta çeklərdən istifadədə günahkar hesab edilir. Həmin vaxt onun atası rəsmən Fransa XİN-in rəhbəri təyin edilib. 

Beləliklə, Fabius ABŞ sərhədini keçərsə, onu qısa müddətli həbs gözləyir. Toma Fabius bundan əvvəl də qumar oyunlarına görə qalmaqal mərkəzinə düşüb. Oğurluq və saxtakarlıqda şübhəli bilindiyinə görə ona Fransada kazinoda oynamaq qadağan edilib. 

Fransa KİV-lərinin iddiasına görə, Toma Fabius bir neçə il ərzində kazinoda bir neçə milyon dollar uduzub.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?