Modern.az

Yaralanan eşşəyi xərəklə apardılar

Yaralanan eşşəyi xərəklə apardılar

Dünya

31 Oktyabr 2015, 22:05

Qaziantepdə yük maşınının vurması nəticəsində yaralanan eşşəyin ayağı bandajlanandan sonra xərəklə maşına yüklənib heyvanat bağçasına aparılıb. Modern.az Türkiyə mediasına istinadən bildirir ki,  Gaziantep-İslahiye yolunun 24-cü kilometrində  yük maşını önünə çıxan eşşəklərə dəyib.

Qismən hərəkət üçün bağlanan yol hadisə yerinə gələn rayon Polis İdarəsinə bağlı yol briqadaları tərəfindən təhlükəsizlik tədbiri alınaraq açılıb.  

Qəza yerinə gələn İslahiye bələdiyyəsinin briqadaları yaralı heyvanlara ilk müdaxilə edib. Sonra hadisə yerinə gələn Qaziantep Heyvanat Bağçası nəzdindəki  təcili tibbi yardım maşını qrupu ilə baytarlıq işçiləri heyvanlardan birinin tələf olduğunu, digərinin isə arxa sağ ayağından yaralandığını müəyyən ediblər.   

Yaralı eşşək ayağı qəza yerində bandajlandıqdan sonra xərəklə heyvanlar üçün nəzərdə tutulan təcili tibbi yardım maşınına yüklənib Qaziantep Heyvanat Bağçasına aparılıb. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir