Modern.az

İŞİD-in girov götürdüyü konsul deputat seçildi

İŞİD-in girov götürdüyü konsul deputat seçildi

Dünya

2 Noyabr 2015, 11:46


İraq-Şam İslam Dövləti (İŞİD) terrorçularının İraqın Mosul şəhərində girov götürülən o vaxt Türkiyənin Mosuldakı baş konsulu Öztürk Yılmaz səsvermənin ilk nəticələrinə görə millət vəkili seçilib. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, iyunun 7-də keçirilən seçkilərdə Ardahanda 1 vəkilini Xalqların Demokratik Partiyasına (HDP) uduzan Cümhuriyyət Xalq Partiyası (CHP) noyabrın 1-də keçirilən təkrar seçkilərində Mosuldakı baş konsulu Öztürk Yılmazı namizəd göstərmişdi.

İlkin nəticələrə görə Ardahanda 2 millət vəkili yerini hakim Ədalət və İnkişaf Partiyası (AKP) və  CHP paylaşıblar. Beləcə CHP-nin siyahısındakı birinci deputatlığa namizədin parlamentə yolu açılıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu