25 aprel 2017, Çərşənbə
Ana Səhifə - FOTOSÖHBƏT - Mənsum İbrahimovla FOTOSÖHBƏT
Mənsum İbrahimovla FOTOSÖHBƏT
03.11.2015, 10:13

<p">Modern.az saytı  xalq artisti, muğam ustadı Mənsum İbrahimovla FOTOSÖHBƏT layihəsini təqdim edir. <p">

Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Hacıbəyovun  anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülüb. Şövkət Ələkbərovanın məsləhəti iləAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. 1993-cü ildən “Leyli və Məcnun” operasında Məcnun rolunu oynayır.

Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa edib. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər, həm də xalq və bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində təmsil edir.

<p">

Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir.

Yetirmələri Azərbaycanda keçirilən muğam müsabiqələrində uğurla çıxış edirlər 1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunub. Müxtəlif illərdə "Prezident mükafatı"na layiq görülüb. Azərbaycan Milli Konservatoriyasının professorudur.

Ailəlidir, 4 övladı var.


5 yaşımda qardaşımla çəkilən və mənə Ağdamlı günlərimizi xatırladan, yeganə şəkillərimdən  biri.


5 yaş və təbəssüm dolu bir foto...


Orta məktəb şəkillərindən  biri. Sinif yoldaşlarımın bəziləri ilə əlaqəmiz qalıb, bəziləri isə təəssüf ki, həyatda yoxdular... Məni də ki yəqin tanıdınız, soldan üçüncü...


1970-ci illərin daha bir şəkli. Gitaraya da marağım olub...


Burda onuncu sinif şagirdiyəm. Yanımdakı isə dayım oğludur.


19 yaşım var idi... Hərbi xidmətdən əvvəl çəkilib. Onuncu sinifi bitirib, Bakıya gəlmişdim. 1977-ci il... Dostumla Bakıda görüşdük. İndiki "İçərişəhər" metrostansiyasının qarşısıdır.


1979-1981-ci illər. Moskvada hərbi xidmətdə əsgər yoldaşlarımla o anları belə bir xatirə şəkli ilə yaddaşlara köçürdük.  


Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyan vaxtımdı. Bu şəkil ikinci kursda oxuduğum illərdə çəkilib.


1983-cü il. <p"> Tələbə yoldaşlarımla həmin təhsil ocağında xatirə şəkli...


1986-cı il və ilk efir. Azərbaycan Dövlət Televiziyasında Ağasəlim Abdullayevin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə səhnədə çəkilən və o günü mənə hələ də unudulmayan an kimi xatırladan sevdiyim fotolarımdan biri...

<p">

Eh, gənclik, gənclik...

<p">

Xanəndə dostum Sabir Abdullayev. İndi muğam sənətini tədris edir. Onunla 1985-ci ildən bir yerdə oxumuşuq.

 

Bu da tələbəlik şəkillərimdəndir. Sənətinin ardınca gedənlər də oldu, getməyənlər də... Şəkildə gördüklərinizin içərisində hazırda müəllim işləyənlər də var.


<p">

Yəqin ki, bildiniz hansı tamaşadır. 22 ildir ki, Məcnunu olduğum bir tamaşa. 8 Leylim olub. Buradakı tərəf müqabilim isə Gülyaz Məmmədovadır. 

<p">

1998-ci il. O zaman Rəcəb Tayyib Ərdoğan İstanbulun meri idi. Biz orada türk opera axşamında Gülyaz xanımla çıxış edəndə bizə yaxınlaşıb şəkil çəkdirdi.

<p">

Heydər Əliyevlə səfərlərimizdən birindən çəkilən xatirə şəkli...

<p">

2007-ci ildə Həcc ziyarətinə getmək mənə də qismət oldu.

 

 

2001-ci il. Səyavuş Kərimi, Yalçın Adıgözəlov, Rasim Balayevlə Kiyev səfərimizdən. Maraqlı lətifə danışırlar hamımız eyni vaxtda gülmüşük, heç şəkildən xəbərimiz də olmayıb.

 

Aygün Bayramova ilə Amerika səfərimizdən çəkilən şəkil. Hafiz Paşayev o zaman Amerikadakı səfirimiz idi.

 

Cənab prezident İlham Əliyevin Ağdam səfəri zamanı çəkilən xatirə şəkli. O, məni həm də yubiley münasibətilə təbrik etdi.