Modern.az

Ermənilər Mübarizin meyitini qaytarırlar

Ermənilər Mübarizin meyitini qaytarırlar

Təhsil

5 Noyabr 2010, 21:26

Sabah Azərbaycanın iki hərbçişinin meyiti Azərbaycana qaytarılacaq. Bu barədə ANS-ə Əsir və itkin düşmüş, girov gğötürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov məlumat verib.
Komissiya rəsmisi bildirib ki, noyabrın 6-da saat 16:00 radələrində Ağdam istiqamətində baş tutacaq təhvil-təslim prosesində Azərbaycan Milli Qəhhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri dəyişdiriləcək.

Azərbaycan tərəfi isə onlara itikin düşmüş erməni Arustamyan Qavruşa Xaçaturoviçin meyitini təhvil verəcək. Həmin erməni Ağdərə istiqamətində Madagiz kəndində ölüb və onun meyitinin qalıqları uyğunlaşdırılaraq onlara təhvil veriləcək. Onun itkin düşməsi barədə Azərbaycan tərəfə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən mayın 15-də məlumat verilib.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.

Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrasına ötən gündən start verilib. İlk olaraq Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev ötən gün Azərbaycana təhvil verilib. Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib. Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir