Modern.az

Kürdəmirdən seçilmiş deputat Belçika sakini imiş

Kürdəmirdən seçilmiş deputat Belçika sakini imiş

2 Noyabr 2015, 22:57

Belçika Krallığında yaşayan azərbaycanlı Müslüm Məmmədov 57 saylı Kürdəmir seçki dairəsindən Milli Məclisə deputat seçilib.

Modern.az-ın məlumatına görə, strateq.az MSK-ya istinadən bildirir ki, Brüsseldə yaşayan Müslüm Məmmədov 14 387 səs toplayaraq qalib gəlib. O, özünün anket məlumatında Belçika Krallığının Brüssel şəhərində yaşadığını göstərib. Bitərəf olan deputatlığa namizəd Brüsseldə Azərbaycan Kommunikasiya Ofisinin rəhbəridir. 2009-cu ildə fəaliyyətə başlamış bu ofis Belçikada lobbi xidmətinin təşkili ilə məşğuldur. Deputatlığa namizədin 35 yaşı var.

Təşkilatın əsas məqsədi Azərbaycanın siyasi, iqtisadi, mədəni xəbərlərini, eləcə də tarixi, qədim adət-ənənələrini, musiqisini Avropada, xüsusən də Brüseldə yerləşən Avropa cəmiyyətlərində yaymaqdır.

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu