Modern.az

Nazim Məmmədov: "Namizədliyimi ağsaqqal deputatımızın xeyrinə geri götürdüm"

Nazim Məmmədov: "Namizədliyimi ağsaqqal deputatımızın xeyrinə geri götürdüm"

6 Noyabr 2010, 12:10

Parlament seçkilərində namizədliyini fərdi qaydada 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən irəli sürmüş YAP üzvü, hazırkı millət vəkili Nazim Məmmədov ptən gecə geri çəkilib.
N.Məmmədov Modern.az-a bildirib ki, ötən axşam namizədliyinin ləğvi üçün Dairə Seçki Komissiyasına müraciət edib.

Onun sözlərinə görə, bu addımı ilə YAP namizədinə veriləcək səsləri parçalamaq istəməyib. Çünki bu dairədən YAP-ın vahid namizədi kimi Rafiq Məmmədhəsənov mübarizə aparır: "Mən ağsaqqal namizəd Rafiq müəllimin xeyrinə namizədliyimi geri çəkdim"

Qeyd edək ki, YAP fərdi qaydada namizədliyini irəli sürən partiya üzvlərinə geri çəkilmək barədə çağırış etsə də, Nazim Məmmdov dünənədək mübarizəni davam etdirirdi.
Ona görə də son vaxtlar N.Məmmədova təzyiqlər başlamışdı. Hətta Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları N.Məmmədova məxsus Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Loğman Klinikası” MMC-də yoxlamalara başlayıb və müəssisəyə məxsus bütün sənədləri müsadirə edib. Klinika vergidən yayınmaqda ittiham edilib.
N.Məmmədov Modern.az-a açıqlamasında bunu özünə qarşı təqyiq kimi qiymətləndirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir