Modern.az

Şəhidlərimizin meyitinin ermənilərdən alınması prosesi başlayıb

Şəhidlərimizin meyitinin ermənilərdən alınması prosesi başlayıb

6 Noyabr 2010, 13:12

 

 

    Mübariz İbrahimov

             Fərid Əhmədov


Bu dəqiqələrdə Azərbaycan və Ermənistanın təmas xəttində, Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında hər iki tərəfdən olan meyitlərin dəyişdirilməsi prosesinə başlanıb. ANS-in bölgə müxbirinin verdiyi xəbərə görə, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus iki, Azərbaycana məxsus hərbiçilərin olduğu avtomobil və Təcili Tibbi Yardım stansiyasına məxsus maşın həmin əraziyə keçib.
Ərazidən iki kilometr aralıda polis postu quraşdırılıb. Jurnalistlərin və mülki vətəndaşların əraziyə keçməsinə icazə verilmir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailovun  verdiyi məlumata görə, hazırda aparılan təhvil-təslim prosesində Azərbaycan Milli Qəhhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri itikin düşmüş erməni Arustamyan Qavruşa Xaçaturoviçin meyiti ilə dəyişdirilir.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.

Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrasına ötən gündən start verilib. İlk olaraq Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev ötən gün Azərbaycana təhvil verilib. Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib. Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir