Modern.az

Elçibəyin oğlunun toyu təxirə düşdü

Elçibəyin oğlunun toyu təxirə düşdü

4 Noyabr 2015, 16:18

Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev bu ilin sentyabr ayında evləncəyi barədə əvvəlcədən qərar versə də, hələ ki toy mərasimi baş tutmayıb. 

Modern.az saytına açıqlamasında Ərturqut Əliyev deyib ki, yaxın vaxtlarda da toy edəcəyi gözlənilmir.

“Bu ilin sentyabr ayında toy etmək haqqında düşünsəm də, bu, baş tutmadı. İndi də Məhərrəmlik ayıdır. Ona görə də toyumun nə vaxt gerçəkləşəcəyi tarix bəlli deyil”. 

Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyindəki işindən danışaraq, bundan məmnun qaldığını da vurğulayıb.

“Hal-hazırkı iş şəraitindən razıyam. Əmək haqqı da qaneedici səviyyədədir. Hələ ki, heç bir problem yoxdur”.

Qeyd edək ki, Ərturqut 2015-ci ilin fevralında atasının yaxın dostu  olmuş “Basqal Həsən”in qardaşı Əmirağa bəyin qızı ilə nişanlanıb. O, 1 ildən çoxdur Fövqəladə Hallar Nazirliyində işlə təmin olunub. 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı