Modern.az

670 manat məvacib alan deputat köməkçiləri...

670 manat məvacib alan deputat köməkçiləri...

Parlament

7 Noyabr 2010, 09:41

Onlar da öz deputatları kimi səlahiyyətlərini başa vururlar

III çağırış Milli Məclis artıq səlahiyətlərini başa çatdırır. 5 il öncə millət vəkili seçilən və artıq deputatlıq kreslosunu demək olar tərk edən 122 nəfər mandat sahibinin səlahiyyət müddəti də bitir… Modern.az saytının məlumatına görə, deputatlarla yanaşı, onların köməkçilərinin də səlahiyyət müddəti başa çatır.

Milli Məclis Aparatının sektor müdiri Fəxriyyə Nəsibova saytımıza açıqlamasında bildirib ki, deputat köməkçilərinin dövlət qulluqçusu statusu yoxdur və onların səlahiyyət müddəti öz deputatlarının səlahiyyət müddəti başa çatan zaman bitir.

F.Nəsibova deyib ki, qanunla yeni Milli Məclisin ilk iclas günü həm deputatların, həm də onların köməkçilərinin səlahiyyətinə xitam verilir. Yeni Milli Məclisin ilk iclas gününün dəqiq tarixi isə məlum deyil. Bu,  7 noyabt seçkilərindən sonar 2010-cu ilin sonlarında da ola bilər, 2011-ci ilin əvvəlində də…

Qeyd edək ki, deputat köməkçisi institutu ölkəmizdə yeni təsisatlardandır və 2007-cı ilin fevralında yaradılıb. İndi səlahiyyət müddəti başa çatan köməkçilər Azərbayan parlamentarizm tarixində ilk deputat köməkçiləridir. Bu vəzifədə çalışanların aylıq maaşı əvvəl 550 manat idi, sonradan məvaciblər 670 manata qaldırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Konstitutsiyasının 87-cü maddəsində göstərilib ki, Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildir. Deputatların səlahiyyətləri Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.

Yeni seçkilərin nəticələrinin düzgünlüyünü Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. Əgər Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq olunursa, yeni parlament artıq səlahiyyətli sayılır.
Konstitutsiyanın 88-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra növbəti il martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir.

Əfqan Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi