Modern.az

İranda qanlı terror aktı

İranda qanlı terror aktı

18 Oktyabr 2009, 16:19

İranda qanlı terror aksiyaı törədilib. İran mətbuatının yaydığı məlumata görə,  ölkənin cənub-şərqində kamikadzenin İslam Keşikçiləri Korpusunun yüksəkçinli məmurları ilə görüşündə özünü partlatması nəticəsində 28 nəfər  ölüb, 60-dan artıq adam isə yaralanıb.
Ölənlər arasında İslam Keşikçiləri Korpusunun quru qoşunları hissələrinin komandir müavini general Nur Əli Şuştəri və  korpusun Sistan-Bəlucistan bölməsinin rəhbəri general Məhəmməd Zadeh də var.
Partlayış Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətinin Pişin şəhərində baş verib.
İKK liderləri bura şiə və sünni icmalarının liderlərinin görüşünü təşkil etmək üşün gəliblərmiş. İRNA agentliyinin verdiyi xəbərə görə, özünü partladan kamikadze başına "şəhid" yazılmış yaylıq bağlayıbmış.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi