Modern.az

Kraliça “Facebook”da səhifə açıb

Kraliça “Facebook”da səhifə açıb

7 Noyabr 2010, 13:08

Böyük Britaniyanın kral ailəsi Facebook sosial şəbəkəsində səhifə açıb. Bu səhifədə kral sülaləsinin həyatına aid  xəbərlər, fotolar, videroliklər yerləşdiriləcək.  İstifadəçilər  səhifədə taxt-tac varislərinin, sülalə nümayəndələrinə aid qeyri-rəsmi ailə portretlərini görə bilərlər. Burada kraliça 2-ci Yelizavetanın mühafizəkarlıq mücəssəməsi olan eleqant geyimləri ilə tanış olmaq, onun nəvələri olan Beatric və Yucenin şəkillərinə baxmaq olar.  Facebookda gündəlik olaraq kraliçanın və kral ailə üzvlərinin saraydakı  qəbullarda və digər rəsmi tədbirlərdə iştirakı barədə məlumat güşəsi olacaq. Belə bir güşə 1803-ci ildən bəri qəzetlərdə əks edilir.

Sarayda olan mənbə bildirib ki, 84 yaşlı 2-ci Elizaveta ara-bir internetdən istifadə edir. O, elektron poçdan istifadəni nəvələrinə məktub yazmaq üçün öyrənib. Onun əri Edinburq hersoqu 89 yaşlı Filip isə əksinə virtual məkanda fəal işləmək həvəsi ilə diqqəti cəlb edir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər