Modern.az

Yaşar Nuri reanimasiyaya qaldırılıb...

Yaşar Nuri reanimasiyaya qaldırılıb...

7 Noyabr 2010, 14:39

Xalq artisti Yaşar Nuri 1 saylı xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan aktyor xəstəxananın reanimasiya bölməsindədir. Xəstənin vəziyyəti ağır olduğundan yanına heç kəs buraxılmır. Xəstənin həkimi Y. Nurinin belə hala düşməsinin əsas səbəbini çox işləməyi ilə izah edib.
1 saylı xəstəxananın nevropatoloqu Şahnaz Şükür İlahinin ANS-ə verdiyi məlumata görə, aktyorun qan təzyiqi yüksək dərəcədə qalxıb. “Ola bilsin ki, son zamanlar çox işləyib, beyin qidalanması zəifləyib. Böyük bir yorğunluq olub. Bunun da nəticəsində qan təzyiqi qalxıb”, - deyə həkim bildirb.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti ötən gün pisləşib. Aktyorun qonşularının verdiyi məlumata görə, axşam saat 19:30 radələrində o, təcili yardım maşını ilə "Medi Club" Tibbi Mərkəzinə aparılıb. Yaşar Nuri xəstəxanaya aparılarkən huşu özündə olmayıb.
Aktyorun ailəsi sənətçinin təzyiqinin qalxdığını, eyni zamanda orqanizmində müəyyən fəsadlar yarandığını bildirib.

Xatırladaq ki, aktyor 2008-ci ilin may ayında Türkiyədə qara ciyərindən əməliyyat olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir