Modern.az

Paris qana boyandı - Amansız terror aktında ölənlərin sayı 150-ni keçib

Paris qana boyandı - Amansız terror aktında ölənlərin sayı 150-ni keçib

Reportaj

14 Noyabr 2015, 08:43


Noyabrın 13-də axşam saatlarında Parisin X və XI rayonlarında terrorçularla atışma olub. Hadisə nəticəsində çoxlu sayda ölən və yaralanan var.

Modern.az xəbər verir ki, xarici KİV-lərin məlumatına görə, XI rayonda yerləşən “Bataklan” teatrında terrorçular 100-dən çox adamı girov götürüblər. Həmçinin “Stad de Frans”stadionu yaxınlığında, Fransa-Almaniya oyunu keçirilən zaman bir neçə partlayış törədilib. 

Prezident Fransua Ollandın da stadionda canlı izlədiyi Fransa–Almaniya dostluq matçı zamanı stadionun kənarında partlayış səsləri eşidilib. Dövlət başçısı stadiondan çıxarılıb və o, birbaşa Daxili İşlər Nazirliyinə gedib.

Girovların azad edilməsi üçün əməliyyat həyata keçirilərkən terrorçular amansızlıq nümayiş etdiriblər. Təkcə “Bataklan” teatrında 100 nəfərdən çox girov öldürülüb. Terrorçulardan ikisi hadisə yerində öldürülüb.
Parisin digər yerlərində törədilən partlayışlar zamanı ölənlərin də sayı nəzərə alınsa, ümumilikdə həlak olanların sayı 150 nəfəri keçib. Son məlumatlara görə, hələ ki ölənlərin sayının 153, yaralananları  200 olduğu bilinir.

Fransa Prezidenti Fransua Olland 2005-ci ildən bəri ilk dəfə bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və sərhədlərin bağlandığını bildirib.

Fransua Ollandın Türkiyənin Antalya şəhərində noyabrın 15-16-na planlaşdırılan “Böyük İyirmi”liyin sammitində iştirak etməyəcəyi bildirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır