Modern.az

Hansı iqtisadçı ekspertə güvənirsiniz? (İqtisadiyyat jurnalistləri ilə sorğu)

Hansı iqtisadçı ekspertə güvənirsiniz? (İqtisadiyyat jurnalistləri ilə sorğu)

Media

10 Noyabr 2010, 16:40


Media nümayəndələri Azərbaycanda və dünyada cərəyan edən  iqtisadi proseslərə münasibət öyrənmək üçün tez-tez iqtisadçı ekspertlərə müraciət etməli olurlar. Mətbuatın müxtəlif iqtisadi məsələlərlə bağlı mövqeyini təqdim etdiyi iqtisadçılar həmişə eyni adamlar olur, onların sayı isə çox deyil. Amma barmaqla sayılacaq həmin iqtisadçı ekspertlərin mövqeyi də bir çox hallarda cəmiyyətdə birmənalı qəbul olunmur. Onlara inananlarla yanaşı, mövqelərini qəbul etməyənlər də var.

Bəs iqtisadiyyat sahəsindən yazan jurnalistlərin özləri necə, hansı iqtisadçıya daha çox etibar edir, hansını güclü ekspert sayırlar? Modern.az iqtisadi yazarlara bu sualla müraciət edib. Onların cavabları ilə siz də tanış olun.

"Lent.az" saytının əməkdaşı Elxan Salahov:
-        Qubad İbadoğlu, Azər Mehtiyev, Rövşən Ağayev, Vahid Əhmədov, Nazim Məmmədov, Ziyad Səmədzadə, Əli Məsimli, Zöhrab İsmayılın adını çəkə bilərəm. Bu şəxslərin hər biri Azərbaycanıln sosial-iqtisadi sferasını əhatə edən ciddi analiz, proqnoz və təhlillər verə bilirlər. Adlarını çəkiyin ilk üçlük isə Azərbaycan iqtisadiyyatında gedən hər bir məsələdən konkret xəbərdardırlar. Onlar təkcə ekspert deyillər, həm də bu sahəyə dair araşdırmaçıdırlar.

APA-nın əməkdaşı Rəşad Süleymanov:
-        Mən Sabit Bağırov, Əli Əlirzayev və Qubad İbadoğlunu əsl iqtisadçı ekspert hesab edirəm. Bir məsələylə bağlı d əsasən elə bu şəxslərə müraciət edirəm.

“Trend” İA-nın əmkdaşı İlahə Xəlilova:
-        Baxır hazırladığım materiala. Mən müxtəlif mövzularla bağlı müxtəlif adamlara müraciət edirəm. Bu sırada daha çox güvəndiyim şəxslər kimi Nüsrət İbrahimov, Əli Məsimli, Ziyad Səmadzadə, Eyyub Hüseynov və Oqtay Haqverdiyevin adını çəkmək istərdim.

“Üç nöqtə qəzetinin əməkdaşı Pünhan Əfəndiyev:
-        Biz daha çox Nazim Məmmədov, Əli Məsimli, Qubad İbadoğlu, Azər Mehtiyev, Rövşən Ağayev və Əli Əlirzayevə müraciət edirik.

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Mahir Həmzəoğlu:
-        İndi elə iqtisadi ekspertlər var ki, onlar danışmırlar. Onu deyə bilərəm ki, bizdə iqtisadi ekspertlər siyasi ekspertlərdən qat-qat çoxdur. Konkret ad məsələsinə gəlincə, Vüqar Bayramov, Azər Mehtiyev, Əli Məsimli, Nazim İmanov, Ziyad Səmadzadə, Qubad İbadoğlu, Azər Əmiraslanov, Vahid Əhmədov, Nazim Məmmədov, Oqtay Haqverdiyev, Sabit Bağırov kimi insanların adını çəkmək istərdim. Müraciət etdiyim müstəqil, hökumət və müxalifyönlü ekspertlər var. Mənə onların siyasi yönləri deyil, iqtisadi proqnozları, təhlilləri lazım olur.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Həbibə Abdulla:
-        Mən Azər Mehtiyev, Rövşən Ağayev, Qubad İbadoğlu, Vüqar Bayramov, Samir Əliyev, Dünya Camalova, Zöhrab İsmayıl, Nazim Məmmədova etimad göstərirəm. Qəzetimizi oxuyanlar bilir ki, iqtisadi ekspert kimi daha çox bu şəxslərin fikirlərinə yer veririk.

“Turan” İA-nın əməkdaşı Hafiz Babalı:
-        Bir neçə şəxsin adını çəkə bilərəm. Qubad İbadoğlu, Oqtay Haqverdiyev, Əli Əlirzayev, Rövşən Ağayev və Azər Mehtiyevin fikirlərini önəmli qəbul edirəm.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Fuad Əliyev:
      -
Mən yalnız Oqtay Haqverdiyevin adını çəkmək istərdim.  
        Onun fikirlərini daha etibarlı hesab edirəm.

 “Bizim Yol” qəzetinin əməkdaşı Vüsalə Rüstəmova:
-        Mən Vüqar Bayramov, Qubad İbadoğlu, Rövşən Ağayev, Azər Mehtiyev, Akif Nəsirli, Nazim Məmmədov, Vahid Əhmədov, Əli Məsimlinin adını çəkmək istərdim. Bu şəxslər iqtisadiyyatla bağlı yaxşı şərhlər verirlər. Ancaq elələri var ki, adlarını ekspert qoyublar, hər hansı məsələ ilə bağlı müraciət edəndə, onların həmin məsələdən xəbərsiz olduqlarını görürsən...

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Elbrus Cəfərli:
-        Vahid Əhəmədov, Əli Məsimli və Ziyad Səmadzadənin adlarını çəkmək istərdim. Bu sıraya Mübariz Qurbanlını əlavə etmək istərdim. Mübariz Qurbanlı qlobal iqtisadi proseslərlə bağlı yaxşı sərhlər verir.

“525-ci qəzet”in əməkdaşı Ülkər Nəbiyeva:
-        Mən daha çox Əli Məsimli, Vahid Əhmədov və Zahid Məmmədovun adını çəkərdim. Onların fikirləri daha önəmli və etibarlıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir