Modern.az

Çingiz Qənizadə: “Məğlub olursansa, bunu qəbul elə…”

Çingiz Qənizadə: “Məğlub olursansa, bunu qəbul elə…”

10 Noyabr 2010, 18:07

7 noyabr seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsindəki rəqiblərini üstələyən hüquqşünas Çingiz Qənizadə Modern.az saytına seçki təəssüratlarından danışıb:
“İstrər seşki ərəfəsi, istərsə də seçkinin təbliğat-təşviqat dövrünü normal qiymətləndirirəm.

Hər bir namizəd üçün normal şərait yaradılmışdı. Ancaq bəzi dostlarımız bunu müxtəlif şəkildə izah etməyə çalışırlar. Məğlub olursansa, bunu həm qəbul, həm də etiraf etməlisən”.

Seçki günü Bakıdan 250 km aralıda olduğunu deyən Ç.Qənizadə bildirib ki, həmin gün 79 və 81 saylı seçki dairələrində seçkiləri müşahidə edib: “Heç bir qanun pozuntusu ilə rastlaşmadım. Ola bilər ki, 3-5 dairədə nəsə qanunsuzluq olsun. Bu, ümumlikdə nəticələrə təsir edəcək məsələ deyil. Hər halda hesab edirəm ki, bu seçkilərdə güclü namizədlər qələbə qazandılar”.

Milli Məclisin hansı komitəsində təmsil olunmaq məsələsinə gəlincə, Ç.Qənizadə deyib ki, indiki komitə rəhbərlərinin əksəriyyəti onun dostudur: “Hansı komitədə təmsil olunmağım əsas deyil. Əsas odur ki, xalqın rifah halının yüksəlişinə xidmət edəcək qanunların hazırlanmasında yaxından iştirak edəsən. Azərbaycanı xaricdə layiqincə təmsil edəsən. Mən bunları özüm üçün prioritet seçmişəm.

Bir də dördüncü çağırış Milli Məclisdə üçüncü çağırış kimi deputatların biri-birini təhqir etməsinə, söyüşlər söyməsinə qarşıyam. Hamımız Azərbaycan vətəndaşıyıq və biri-birimizə münasibətdə bunu nümayiş etdirməliyik”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir