Modern.az

İkinci Avropa Oyunlarının Rusiyada keçiriləcəyinə əminəm Aleksandr Kozlovski

 İkinci Avropa Oyunlarının Rusiyada keçiriləcəyinə əminəm   Aleksandr Kozlovski

20 Noyabr 2015, 01:08

 

Rusiyaya böyük ehtimalla ikinci Avropa Oyunlarının keçirmək təklif olunacaq. Modern.az xəbər verir ki, bu barədə “TASS”-a Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski bildirib.

Qeyd edək ki, dünən Praqada  AOK İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda növbəti Avropa Oyunlarının keçirilməsi məsələsi müzakirə olunub. 

"Mən qabaqcadan heç nə demək istəmirəm, onu qeyd edim ki, AOK prezidenti Patrik Hikki tezliklə ikinci Avropa Oyunlarının təşkili məsələsinə dair bəyanat verəcək. Onların keçiriləcəyinə şübhə yoxdur, və demək olar ki, Oyunların keçiriləcəyi ölkə ilə bağlı da  şübhə yoxdur.  Hansı ölkələrlə danışıqlar aparıldığı və yekun seçim barədə məlumat veriləcək. Danışıqlar həlledici mərhələyə keçib və yaxın zamanda onların nəticələri elan olunacaq. Mən yalnız öz ehtimalımı deyə bilərəm: mən ikinci Avropa Oyunlarının Rusiyada keçiriləcəyinə əminəm”, deyə Kozlovski bildirib.        

Bundan əvvəl Rusiya mətbuatında Avropa Oyunlarının Rusiyada keçiriləcəyi təqdirdə yarışların Soçi və ya Kazanda təşkil olunacağı barədə xəbərlər yayılıb. 

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir