Modern.az

İŞİD Ukraynadan silah alıb

İŞİD Ukraynadan silah alıb

20 Noyabr 2015, 10:06

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması Ukraynadan silah alıb.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, silah yaraqlılara birbaşa yox, tərkibində 10 nəfərin olduğu beynəlxalq cinayətkar qruplaşma vasitəsilə çatdırılıb.

Küveyt Xarici İşlər Nazirliyinin bəyanatına görə, qruplaşmanın saxlanılan rəhbəri etiraf edib ki, silahı Ukraynadan əldə edərək Türkiyə ərazisi vasitəsilə İŞİD terrorçularına çatdırıb.  

Məlumatda qeyd edilir ki, xüsusi xidmət orqanları şübhəli bilinən 6 Livan, 3 Suriya və 1 Küveyt vətəndaşını saxlayıblar. Daha 4 nəfər – ikisi suriyalı, ikisi Livan əsilli avstraliyalı axtarışdadırlar.  

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!