Modern.az

Prezidentliyə namizəd qaçqınları itə bənzətdi

Prezidentliyə namizəd qaçqınları itə bənzətdi

20 Noyabr 2015, 11:42


ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Ben Karson müharibə və zorakılıqdan baş götürüb ölkəni tərk edən suriyalı qaçqınları itlərlə müqayisə edib.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Alabama ştatının şəhərlərindən birində keçirilən seçkiqabağı kampaniyada Karson qeyd edib ki, ABŞ-a insanların qayğısına qala biləcək ağıllı adamlar lazımdır.

O həm də əlavə edib ki, hər zaman təhlükəsizlik və humanitar problem arasında balans olmalıdır: “Məsələn, fərz edək ki, bizim rayonda quduz it qaçır, siz yəqin ki, bu itin yaxşı olduğunu hesab etməyəcəksiniz və yəqin ki, uşaqlarınızı onun yolundan kənarlaşdıracaqsınız”.

Müqayisəni davam etdirən prezidentliyə namizəd əlavə edib ki, qaçqınlar xüsusi skanerlə yoxlanılsa belə, özünüzdən uşaqlarınızı necə qoruyacağınızı soruşacaqsınız, əgər hətta siz itləri sevirsinizsə, bu halda belə müvafiq təşkilata zəng edib ətrafınızda təhlükəsizliyin bərpasını xahiş edin 

“Beləliklə, bizə skanirovaniya üçün qurğular olmalıdır ki, quduz itlərin kimlər olduğunu müəyyənləşdirə bilək”, - Karson qeyd edib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir