Modern.az

Malidə terrorçular 170 turisti girov götürüb

Malidə terrorçular 170 turisti girov götürüb

20 Noyabr 2015, 13:30



Malinin paytaxtı Bamako şəhərində yerləşən “Redisson Blu” mehmanxanası terrorçuların hücumuna məruz qalıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mehmanxanaın 7-ci mərtəbəsinə qalxan terrorçular xeyli girov götürüblər. Girovların sayı barədə məlumat verilməsə də, onların arasında əcnəbi turistlərin olduğu məlumdur.

Hadisənin arxasında mərkəzui hakimiyyətə qarşı döyüşən tuareq tayfasının üzvlərinin dayandığı ehtimalı olunur.

Son məlumatlara görə “Reddison” otelinə hücum zamanı azı 170 nəfər girov götürülüb, 3 nəfər isə öldürülüb.   

Vüqar İsmayılov  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir