Modern.az

Məşhur futbolçuya Nobel mükafatı veriləcək

Məşhur futbolçuya Nobel mükafatı veriləcək

11 Noyabr 2010, 10:44

Nobel mükafatı laureatları özlərinin təsis etdiyi illik mükafatı böyük italyan futbolçusu Roberto Bacoya vermək qərarına gəliblər. 43 yaşlı Baco çoxillik ictimai və xeyriyyəçilik fəaliyyətinə görə “Sülh sammiti-2010” mükafatına layiq görülüb.
Məşhur italyan idmançısının Myanma müxalifətinin lideri San Su Çjinin azad edilməsi üçün səyləri, Baconun tibb müəssisələrinə təmənnasız köməyi, Haitidə zəlzələ qurbanlarının xeyrinə vəsait toplaması, “quş qripi” kimi təhlükəli xəstəliklərin epidemiyasına qarşı mübarizədə iştirakı, BMT-nin müxtəlif ölkələrdə həyata keçirdiyi sülhyaratma və humanitar fəaliyyətini dəstəkləməsi bu mükafatla qeyd edilib.
Nobel mükafatı laureatlarının Bacoya mükafat verilməsi barədə qərarı onların gələn cümə günü Yaponiyanın Naqasaki şəhərində keçiriləcək illik iclasında elan olunacaq. İllik iclasın burada keçirilməsi Naqasakinin Amerika tərəfindən bombalanmasının qurbanları olmuş sakinləri ilə həmrəylik əlamətidir.
İndiyə qədər britaniyalı musiqiçi Piter Qabriel, amerikalı aktyorlar Corc Kluni və Don Çidl, italiyan artisti və rejissoru Roberto Beninyi Nobel mükafatı laureatları tərəfindən təltif edilmişlər.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?