Modern.az

“Mossad”ın 60 agenti Türkiyəyə gəlib

“Mossad”ın 60 agenti Türkiyəyə gəlib

20 Noyabr 2015, 17:18


“Mossad” kəşfiyyat xidmətinin agentləri İsrailin qadınlardan ibarət milli basketbol komandasını qorumaq üçün Ankaraya gəlib

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, noyabrın 21-də yerli vaxtla saat 20:00-da bu ölkənin millisi 2017 FIBA Qadınlar Avropa Çempionatı qrup mərhələsinin H qrupunda İsrail ilə oynayacaq.

İsrail milli komandası dünən axşam saatlarında “Mossad” Kəşfiyyat Xidmətinin 60 agenti ilə birlikdə Ankaraya gəlib. “Mossad”ın agentləri əvvəlcə idmançıların qalacağı otelin otaqlarını bir-bir yoxlayıblar.

Bundan sonra otelin içərisində və çölündə təxminən 100 polis əməkdaşı ilə “Mossad”ın 60 agenti təhlükəsizlik tədbiri alıb.   Sabah axşam oynanacaq matçla əlaqədar görüləcək təhlükəsizlik tədbirləri isə bunlardır:

- Matç öncəsi idman zalı və ətrafı ətraflı şəkildə axtarılacaq.

- Salon daxilində və xaricində cəmi 1500 polis keşik çəkəcək, 500 polis isə hazır vziyyətdə saxlanılacaq.

- 350 xüsusi təhlükəsizlik əməkdaşı salon içində təhlükəsizliyi təmin edəcək.

- Avtomobillərin oteldən salona, salondan otelə və oteldən hava limanına gedişlərində hər cür təhlükəsizlik tədbiri 200 nəfərlik bir qrupla təmin olunacaq.

- Digər tərəfdən, israilli idmançıların qarşısında “Mossad”ın 2 agenti ilə çox sayda mülki polis dəqiqəbədəqiqə mühafizəni təmin edəcək.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?