Modern.az

Təbrizdə etirazlar davam edib

 Təbrizdə etirazlar davam edib

21 Noyabr 2015, 01:21

 

İran televiziyasında azərbaycanlı türklərin təhqir olunması ilə bağlı Təbrizdə gözlənildiyi kimi etirazlar davam edib. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, Səhənd stadionunda Təbrizin "Traxtur"  və Xorasanın "Siyahameqan" futbol klubları arasında keçirilən oyunda azərbaycanlılar etiraz olaraq "Haray, haray, mən türkəm" və digər şüarlar səsləndiriblər. Oyun bitdikdən sonra stadionu tərk edən azərbaycanlı azarkeşlər etiraz şüarları səsləndirməkdə davam ediblər. Nəticədə İran polisi fəallıq göstərən bir neçə azarkeşi saxlayıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, saxlanılanlar arasında Mehdi Şərifi, Mehdi Şirzad,  Mühəndis Cəfərpur, Yavər Sultanı Məcid Nağı zadə, Hadi Hüseynzadə, Həsən Camalı adlı azarkeşlər var.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir