Modern.az

İŞİD bu gün 5 ölkədə terror hücumları təşkil edəcək - İDDİA

 İŞİD bu gün 5 ölkədə terror hücumları təşkil edəcək   - İDDİA

22 Noyabr 2015, 00:25

 

İŞİD terror təşkilatı 22 noyabr tarixində ABŞ, İndoneziya, İtaliya, Livan və Parisdə yeni hücumlar təşkil etməyi planlaşdırıb. Modern.az saytı Publika.az-a istinadən xəbər verir ki, beynəlxalq haker qrupu “Anonymous” bununla bağlı məlumatları əldə etdiyini açıqlayıb. 

“Anonymous”a görə,  İŞİD ABŞ-ın Corciya ştatının Atlanta şəhərində güləş üzrə dünya çempionatının keçiriləcəyi “Philips Arena”da terror aktı təşkil edəcək. 

  Haker qrupunun məlumatında bildirilir ki, İŞİD-in digər hədəfləri Parisdə qadınların keçirəcəyi kütləvi nümayiş, İtaliyanın paytaxtı Romada qeyd olunacaq Məsih bayramı mərasimi, ABŞ-ın “Five Finger Death Puch” qrupunun İndoneziyada verəcəyi konsert və Livanda bir universitetdir. “Anonymous” İŞİD-in sözügedən hücumları planlaşdırdığına dair dəlilləri səlahiyyətlilərə verdiyini açıqlayıb.

 Modern.az    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi