Banqladeşdə müxalifət liderləri Əli Əhsən Məhəmməd Mucahid və Səlahəddin Kuader Çoudhuri barəsində çıxarılmış ölüm hökmü icra edilib. Modern.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl Banqladeş Ali Məhkəməsi Mucahid və Çoudhurinin ölüm hökmünə verilmiş apelyasiya şikayətlərini təmin etməyib.
Müxalifətçilər 1971-ci ildə müstəqillik uğrunda gedən müharibə zamanı törətdikləri cinayətlərə görə ölüm cəzasına məhkum ediliblər.
Edamın müxalifət tərəfdarlarının etirazına səbəb olacağı gözlənilir.
Modern.az