Modern.az

General Mədət Quliyev veloyürüşə qoşuldu - FOTO

 General Mədət Quliyev veloyürüşə qoşuldu - FOTO

29 Avqust 2014, 15:04

 

Azərbaycan ədliyyə işçilərinin peşə bayramı münasibətilə bu gün Bakıda velosiped yürüşü keçirilib.  Modern.az saytı xəbər verir ki, Ədliyə Nazirliyin mərkəzi aparatı və Penitensiar xidmət əməkdaşlarından ibarət velosipedçilər dəstəsinin iştirak etdiyi yürüş Dövlət Bayraqı Meydanından start götürüb və Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Velosiped İdmanı Federasiyasının çoxsaylı üzvləri də yarışda iştirak ediblər.

Qeyd edək ki, veloyürüşdə Penitensiar xidmətin sabiq rəisi, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev də iştirak edib.  



Modern.az
   
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir