Modern.az

Türkiyədə fahişəlik edən gürcüstanlı dövlət işçiləri saxlanılıb

   Türkiyədə fahişəlik edən gürcüstanlı dövlət işçiləri saxlanılıb

Dünya

22 Noyabr 2015, 22:36

 

Rizənin Fındıqlı rayon Polis İdarəsi Əxlaq Büro Rəisliyi briqadaları təxminən üç aydır davam etdirilən təqibdən sonra təyin olunan otel və gecə klublarında əməliyyat keçirib. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, əməliyyatda fahişəliyə vasitəçilik etdikləri iddiasıyla bir Gürcüstan əsilli qadın və iki otel əməkdaşı ilə fahişəlik etdikləri irəli sürülən 6 Gürcüstan əsilli qadın saxlanılıb.

Tibbi müayinədən sonra polisə aparılan əcnəbi əsilli qadınların bəzilərində yoluxucu xəstəlik riski olduğu öyrənilib. Əcnəbi əsilli qadınlar, deportasiya əməliyyatları üçün Vilayət Miqrasiya İdarəsinə göndərilib, digər şübhəlilər isə Pazar Ədliyyəsinə sövq ediliblər. Digər tərəfdən, Gürcüstan əsilli qadınlardan bəzilərinin ölkələrində dövlət işçisi olduqları öyrənilib.  

 Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!