Modern.az

Siciliya mafiyası amerikalıları İŞİD-dən qorumağı təklif etdi

Siciliya mafiyası amerikalıları İŞİD-dən qorumağı təklif etdi

23 Noyabr 2015, 09:44


Nyu-Yorkun ən məşhur mafiya qruplarından Siciliya mənşəli Gambino ailəsi İraq-Şam İslam Dövlətinin (İŞİD) hücumlarına qarşı narahat olan Nyu-York sakinlərini bu təşkilatın hücumlarında qorumağı təklif edib. Modern.az xarici mediaya istinadən bildirir ki, Gambino ailəsindən Giovanni Gambino mafiyanın Nyu-York sakinlərini Federal Təhlükəsizlik Xidməti, Daxili Təhlükəsizlik Təşkilatı kimi qurumlardan daha yaxşı qoruya biləcəyini iddia edib.

“Rəsmi təhlükəsizlik qurumları, ümumiyyətlə, gec hərəkətə keçir və olan-bitənləri tam görə bilmir, çünki kəşfiyyatçıları zəifdir”, - o, deyib.

Parisdəki hücumlardan sonra təhlükəsizliyin hər zamankından daha çox əhəmiyyət kəsb etdiyini bildiribən Gambinonun sözlərinə görə, əgər İŞİD Nyu-Yorka hücum etməyi planlaşdırırsa, əvvəlcə Sicilya mafiyası ilə qarşılaşmalı olacaq.

Gambino dünyanın bu gün təhlükədə olduğunu irəli sürərək deyib: “Amma Nyu-Yorkun məhəllələrində yaşayıb da Siciliya ilə əlaqəsi olanların qorxmasına ehtiyac yoxdur. Biz dostlarımızı və ailələrimizi həddini aşanlardan və terrorçudan, xüsusilə də İŞİD deyilən zalım və psixopat təşkilatdan qoruyarıq”.

Siciliyanın Palermo şəhəri yaxınlarındakı Torrettada böyüyən Gambino İŞİD-in Siciliya mafiyasından qorxduğu üçün bu qruplaşmanın Siciliyada hər hansı bir təşkilatlanmasına rast gəlinmədiyini söyləyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir