Modern.az

Kəbənin sirli açarlarına nəzarət edən şəxs vafat edib

Kəbənin sirli açarlarına nəzarət edən şəxs vafat edib

11 Noyabr 2010, 16:47

Kəbə qapısının açarlarına nəzarət edən şəxs 87 yaşında vəfat etdi. Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qüreyş qəbiləsindən olan Əbdüləziz Əl  Eşşeyni 87 yaşında vəfat edib. Kəbə qapılarının açarları Əbdüləzizin qardaşı Əbdülqadir Eşşeyniyə təhvil verilib. 

Kəbə qapısının açarlarına nəzarət edən Eşşeybi ailəsinin icazəsi olmadan qapılar  açılmır. Bu ailənin icazəsi ilə Kəbə ildə iki dəfə təmizlik məqsədilə və müsalmanlardan ibarət  xarici dövlət nümayəndələri Məkkəyə gəldiyi zaman açılır.

Məkkədədə məsul şəxs olan Əhməd Hələbi Kəbənin sirlərindən birinin də bu açarlarda gizləndiyini bildirib. Bu açarlar Eşşeyni ailəsindən başqa bir ailənin əlinə keçsə, Kəbə qapıları açılmaz: “Eşşeyn ailəsinə mənsub bir uşaq  gəlsə qapını aça bilər. Başqa bir ailə açarı əldə etsədə qapıları aça bilməz. Qapını ancaq bu ailədən biri aça bilər“.

Hələbi eyni zamanda Kəbə açarları ilə yanaşı, Kəbənin yanındakı Həzrəti İbrahimin ayaq izinin əks olunduğu daşın olduğu Məqami – İdrahimin açarları da bu ailəyə məxsusdur. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir