Modern.az

İran ABŞ-ı İŞİD-ə görə ittiham etdi

İran ABŞ-ı İŞİD-ə görə ittiham etdi

23 Noyabr 2015, 18:15


İranın ali dini lideri Ayətullah Əli Xamneyi terror təşkilatı İraq Şam İslam Dövləti (İŞİD) qurulmasının arxasında Vaşinqton rəhbərliyinin olduğunu, təşkilatla mübarizə adı altında yaradılan koalisiyalara güvənilməməsinin lazım olduğunu irəli sürüb.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, paytaxt Tehranda Nigeriyanın dövlət başçısı Muhammed Baharini qəbul edən Xamneyi ABŞ-ın İraqda doğrudan İŞİD-ə dəstək verdiyini iddia edib.    

İŞİD və “Boko Haram” kimi terror təşkilatları ilə mübarizə üçün ABŞ və Qərb ölkələrinin əməkdaşlıq və köməyinə ümid bağlanmasının səhv olacağını iddia edən Xamneyi deyib:

“Qəti olan məlumatlara görə, İraqda ABŞ və bölgənin bəzi mürtəce ölkələri doğrudan İŞİD-i dəstəkləyir”.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi